Riad Rəfiyev hakimin qərəzli olduğunu sayır: "Böyük hesabla uduzmağımızın səbəbini hamıdan yaxşı o bilir"
"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Premyer Liqanın II turunda "Səbal"ə evdə 0:3 hesabıyla uduzdulqarı matçdan sonra brifinq keçriib. Klub rəhbəri baş hakim Vüqar Həsənlini qərəzli olmaqda suçlayıb.
- Yeni çempionatda ilk ev matçında üzücü məğlubiyyət oldu. "Sumqayıt" "Qarabağ"dan başqa heç bir rəqibə öz stadionunda böyük hesabla uduzmamışdı...
- Məğlub olmağımızın səbəbi burda bir az gözləyərək hakimdən soruşsanız, daha yaxşı olar. Məncə, səbəbi hamıdan yaxşı o bilir ki, nəyə görə bu gün uduzduq. Ən yaxşısı, bu sualınızın cavabını məndən yox, hakimdən soruşun.
- Demək istəyirsiniz ki, ilk dəqiqələrdəki epizod həlledici oldu?
- Əlbəttə.
- Ancaq onu da nəzərə alaq ki, xeyrinizə 2 penalti verdi, ancaq qol vura bilmədiniz...
- 90+6-cı dəqiqədə? Həmin vaxt hesab 0:3 olanda, bizə belə penalti vermək lazım deyil. Bizə penalti olanda vermək lazımdı.
- Ümumiyyətlə, hakimlərə haqq qazandırmırıq. Ancaq bu gün "Sumqayıt" futbol oynamadı, ikinci ötürmə yox idi...
- Fikrinizə hörmətlə yanaşıram. Əlbəttə, hər insanın şəxsi fikri var. Ancaq şəxsi fikrimcə, uduzmağımızın 1 nömrəli səbəbkarı hakimdi.
- Bununla bağlı oyunun protokoluna hər hansı bir etirazınız yazılacaq?
- Əlbəttə, yazılacaq.
- Ötən mövsümdə olduğu kimi, hakim haqsızlığı ilə üzləşdiniz. Bəlkə daha yaxşı olardı ki, bununla bağlı AFFA Hakimlər Komitəsinin sədrinə etirazınızı daha yüksək tonda çatdırasınız ki, klubunuza qarşı haqsızlıq olmasın...
- Bunu danışmışıq, bilirik. Təki elə olsun ki, burda qərəz olmasın. Amma belə epizodları hakim görməyəndə, başqa nə deyəsən?
- Konkret hesab etmək olar ki, "Sumqayıt"a qarşı hakim qərəzi idi, yoxsa səhv idi?
- Mənim fikrimcə, qərəzli idi. Həmin epizoda baxmışam, indi telefonumda da var. Həmin epizodda təmiz qırmızı vərəqə idi.
- "Sumqayıt" kimi iddialı komanda 1-ci dəqiqədəki epizoddan sonra belə "sınmalı" idi?
- 1-ci dəqiqədə rəqib futbolçuya təmiz qırmızı vərəqə göstərmir. Bundan bir dəqiqə sonra aşkar penaltimizi vermir. Üç dəqiqə sonra isə qapımıza penalti təyin edir. Bütün bunlar yekunda komandaya təsirini göstərir. Bunlar da adamdırlar axı...Futbolçuların da psixologiyası var, onlara təsir edir.
- Yarımmüdafiə xəttiniz gənc futbolçuların ümidinə qalıb və onlar da belə çətin anda psixoloji təzyiqin altından çıxa bilmirlər. Bu mövqeyə transfer gözlənilir?
- Özünüz də vəziyyətin necə olduğunu bilirsiniz. Bir azərbaycanlı futbolçu deyin ki, gətirə bilərik, ancaq gətirmirik. Bilirsinizsə, deyin. Bəlkə mən tanımıram. Yerli futbolçularla oynamağa məcburuq. Bəzilərinin transferi alınmayıb. Elələri də var ki, onlarla danışırıq. Bəzi klublar yüksək təzminat tələb edir. Bəzi oyunçuların isə səviyyəsi Premyer Liqadan aşağıdı.
- Paltardəyişmə otağında futbolçularla söhbət etdiniz. Maraqlıdı, onlara nə dediniz?
- Bu, klubun daxili məsələsidir.
- Bildiyimiz qədər baş hakim vaxtı ilə “Şərurspor”un futbolçusu olub. O “Şərurspor” ki danışılmış oyunlara görə dağılıb...
- Bu barədə heç nə deyə bilmərəm. Çünki məlumatım yoxdur. Sadəcə, şəxsi fikrimi dedim ki, hakim qərəzli idi. Öz fikrimi səsləndirməyə ixtiyarım var. Demirəm ki, hakim sırf belədir. Sadəcə, öz fikrimi bildirirəm. Harda futbol oynayıb, nə edib, bilmirəm.
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...