10 manatlıq şirkətlə 1.6 milyonluq müqavilə
Dövlət şirkəti “AzerGold” QSC Çovdar filiz emalı sahəsi üçün mal və vəsaitlərin təchizatına dair müqaviləni “Gravity Ltd” özəl şirkətilə bağlayıb. Bu, tərəflər arasında bu il imzalanmış ikinci müqavilədir.
1 milyon 649 min 367,5 manat (970,2 min dollar) məbləğində müqavilə iyulun 10-da bağlanıb.
Lakin onunla bağlı məlumat Dövlət Satınalmaları Reyestrində yalnız bu gün yerləşdirilib. Baxmayaraq ki, tender yolu ilə həyata keçirilən dövlət satınalmaları dərhal Dövlət Satınalmalarının Vahid Internet Portalı vasitəsilə açıqlanmalıdır. “AzerGold” qanunvericiliyin tələblərinə zidd olaraq hətta alınan malların siyahısını təqdim etməyib.
“Gravity Ltd” şirkəti mal və vəsaitlərin təchizatında böyük təcrübəyə malik deyil. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, “Gravity Ltd” 12.02.2019-cu il tarixində yaradılıb. 10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Mahir Müzəffərli Müzəffərli oğludur. /”Marja”
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...