Sabah külək olacaq

18:13 25-08-2019 | icon 3800
Sabah külək olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, mülayim şimal-qərb küləyi arabir güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan xəbərə görə, havanın temperaturu  gecə 20-24° isti, gündüz  30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz  32-34°  isti  təşkil edəcək. Atmosfer  təzyiqi 758 mm civə sütunundan  762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 %  olacaq.   

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu:  Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında 

Əksər rayonlarda əsasən yağmursuz, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Böyük Qafqazın  ayrı-ayrı yerlərində lokal leysan xarakterli olacağı, dolu düşəcəyi  ehtimalı var. Səhər bəzi yerlərdə duman, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə19-24° isti, gündüz  33-38° isti, dağlarda gecə 12-17° isti,  gündüz  23-28°  isti təşkil edəcək.


Digər xəbərlər

0.218101978302