Tatlısəsin doğulduğu mağara muzey olacaq - Foto
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin doğulduğu və uşaqlıq illərini keçirdiyi mağara muzey kimi fəaliyyət göstərəcək.
Müğənni bu barədə doğulduğu Şanlıurfa vilayətində bələdiyyə sədri ilə görüşdə jurnalistlərə açıqlama verib.
“İmperator” ləqəbli müğənni belə bir təşəbbüs irəli sürüldüyü üçün çox şad olduğunu deyib: “Qoy insanlar bilsin ki, mən necə bir çətin şəraitdə böyümüşəm. Kasıb bir ailənin övladı olmuşam, mağarada böyümüşəm və bununla fəxr edirəm. Sonradan Allahın köməkliyi ilə məşhur oldum. Ölüm təhlükəsi keçirsəm də, indiki halıma şükr edirəm. İndi 3 gəmim, 3 villam və 2 təyyarəm var”.
Həmçinin müğənni Şanlıurfada otel tikdirəcəyini də qeyd edib.
Qeyd edək ki, bələdiyyə sədri muzeyin gələn il hazır olacağını açıqlayıb.
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...