Tolik icra hakimiyyətini hədəf aldı: “Binəqədidə hektarla yer zəbt etmiş harınlamışların...”
Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) bu dəfə Binəqədi rayon icra hakimiyyətindən şikayətlənib.
Icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi prodüsseri hiddətləndirib.
O, görüntüləri sosial şəbəkədə paylaşaraq, polislərin ünvanına sərt sözlər ünvanlayıb:
“Bu "Qaqaş" kimdi belə vətəndaşa deyir ki, “telefonu çək kənara” və hədə-qorxu gəlir?! Bu "Qaqaş" hansı məmur dayısına güvənir hə? Binəqədi rayon icra hakimiyyəti bir kasıbın tikdiyi nərdivanı sökməyə bu qədər adam göndərib? Bəlkə, Binəqədidə hektarla yer zəbt etmiş harınlamışların evlərinin kənarına baxsın! Cənab Daxili İşlər naziri dünən açıqlamasında deyib: “Vətəndaşlarla yaxşı davranın!!!” Sən kimə güvənib belə danışırsan?! İndi çıx ortalığa cavab ver! Bunlar “SOCAR”ın işçiləridir. Bunlar nə haqla vətəndaşa “sök” deyir?! İndi bu qoçuların adamı gəlsin mənə desin ki, “sil bu videonu”. Belələri işdən çıxmalıdır!”
-
Hökumətin yeni tərkibi təsdiqləndi - Siyahı
...
-
Prezident Əli Əsədovu Baş nazir təyin etdi - Sərəncam
...
-
Yeni Baş nazir kim olacaq? - Bu gün iclasdır
...
-
Mehriban Əliyevadan atasına yubiley təbriki
...
-
Prezident Arif Paşayevi təbrik etdi
...
-
İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
...
-
İlham Əliyevin andiçmə mərasimindən - Video
...
-
İlham Əliyev xanımı ilə Şəhidlər xiyabanında
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər
...
-
Nazirlər Kabineti bu gün istefa verəcək
...