General-leytenant Etibar Mirzəyev təltif edildi - Foto
Bu gün Fövqəladə Hallar Nazirliyində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşının təltifetmə mərasimi keçirilib.
Mərasimdə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov iştirak edib.
Qeyd edək ki, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi qulluqçuları bu ilin 24 iyulunda qəzaya uğramış Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” təyyarəsinin pilotunun nəşi və təyyarənin qalıqlarının axtarış-xilasetmə əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi işində yüksək peşəkarlıq, bacarıq və fədakarlıq göstərərək fərqləndiklərinə görə Müdafiə Nazirliyinin əmrinə əsasən fəxri fərmanla təltif edilib, qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev “MiQ-29” hərbi təyyarəsinin pilotunun həlak olmasını təkcə Müdafiə Nazirliyi deyil, dövlət və xalq üçün böyük itki olduğunu vurğulayıb. Bildirib ki, FHN-in əməkdasları qəza axtarış-xilasetmə əməliyyatlarında iştirak edərək öz vəzifə borclarını yerinə yetiriblər. Nazir müavini XRXX-nin əməliyyatlarda fərqlənmiş hərbi qulluqçularının MN tərəfindən təltif edilməsini böyük diqqət adlandırıb və minnətdarlığını bildirib.
Sonra FHN XRXX-nin 11 nəfər əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Müdafiə Nazirliyinin xüsusi mükafatı ilə təltif edilib.
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...