Prezident moldovalı həmkarını təbrik etdi

18:50 26-08-2019 | icon 3092
Prezident moldovalı həmkarını təbrik etdi

Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodona təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

 

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Moldova xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətləri, ölkələrimizin ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə sülh və tərəqqi diləyirəm".


Digər xəbərlər

0.23042297363281