“Neftçi”nin baş məşqçisindən məğlubiyyət şərhi
Azərbaycan Premyer Liqasının II turunun bağlanış oyununda səfərədə “Zirə”yə 0:1 məğlub olan “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.
Italiyalı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
"Oyunu təhlil etmək lazımdı. Qarşılaşma ərzində cəmi 1 şans verdik rəqibimizə, bu da qolla nəticələndi. Buraxılan qoldan öncə Dabonun da, Platellasın da əla şansları var idi. “Sabah”la oyundan fərqli olaraq, bu gün daha xarakterli, istəkli idik. Futbolçularım barədə mənfi fikir söyləyə bilmərəm. Çünki ilk dəqiqədən bura qələbə üçün gəldiklərini göstərdilər. Bəlkə də bu, bəxtsizlik idi. Çünki cəmi bir qol epizodu yaratdı rəqib və qalib gəldi. Hücumları tamamlamaqda çətinlik çəkirdik. Çətin vəziyyətə düşmüşük, ancaq birlikdə bu durumdan çıxacağıq".
- Dabonun ötün turda yoxluğu kəskin etiraza səbəb olmuşdu. Belə çıxır ki, bu təzyiqlər effekt verdi?
- Daboya dair məsələ komandamızın daxili işidi. Üzərimdə heç bir təzyiq yoxdu. Heyəti mən müəyyənləşdirirəm. Bu gün Dabo bütün komanda yoldaşları kimi gözəl oyun nümayiş etdirdi. Üç təhlükəli epizod yaratdı, bunlardan ikisi qola daha yaxın idi. Uzun fasilədən sonra oynamasını nəzərə alsaq, qarşıdakı görüşlərdə daha yaxşı olacaq.
- Sizin üçün gözəl oyun önəmlidi, yoxsa nəticə?
- Əlbəttə, nəticə daha vacibdi. Qələbə qazanmalıyıq ki, xal əldə edək. Oyunu təhlil etməliyəm.
- Final fitindən dərhal sonra hakimə yaxınlaşdınız. Nə barədə danışırdınız?
- Sadəcə, sağollaşdım və artırılmış dəqiqələri müzakirə etdik.
- Ardıcıl 4 oyun uğursuzluq yaşayırsınız. Bu silsilə davam etsə, komandadan gedişinizə zəmin yaratmır?
- Avroliqadakı məğlubiyyət və ardınca “Sabah”la sərgilənən futboldan sonra bu gün fərqli oynadıq.
- Avropa Liqasında Ömər Buludova güvənsəniz də, çempionatda Tural Axundova şans verirsiniz. Nə dəyişib?
- Bu, tək Ömərə aid məsələ deyil. Oyundan oyuna rotasiyalara əl atıram. Bu, məşqlərə bağlı məsələdi.
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...