Rüstəm Orucov və Hidayət Heydərov DÇ yarımfinalında üz-üzə gələcəklər
Yaponiyanın paytaxtı Tokioda təşkil olunan cüdo üzrə dünya çempionatı davam edir. Bu gün daha 3 idmançımız mübarizə aparacaq.
Əsas medal ümidlərimiz Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxacaq.
Kişilər, 73 kq
Bu çəkidə 2 həmyerlimiz mübarizə aparıb. Birinci mərhələdən azad olan Rüstəm Orucov ardıcıl olaraq Vadzim Şoka (Belarus), Georgios Markaryan (Yunanıstan) və Konstantin Qabuna (Kanada) qalib gələrək, yarımfinala adlayıb. Onun final yolundakı rəqibi israilli Tohar Butbul olacaq.
Rüstəm Orucov israil idmançısı Tohar Butbula vazari xalı ilə qalib gələrək yarımfinala çıxıb.
Hidayət Heydərov da yarışa uğurlu start götürüb. O da Orucov kimi, ilk mərhələdən azad olub. Müvafiq olaraq Friqyes Zabo (Macarıstan) və Musa Moquşkovu (Rusiya) üstələyən idmançımız 1/4 finala yüksəlib. O, bu mərhələdə Erik Hama ipponla qalib gəlib. O, 1/4 finalda Tacikistan idmançısı Behruzi Xocazodaya da qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Rüstəm Orucov və Hidayət üz-üzə gələcək.
Qadınlar, 57 kq
Təmsilçimiz İçinxorloo Munxtsedev ilk cəhdindəcə yenilərək, mübarizəni dayandırıb. O, panamalı Miryam Roper önündə aciz qalıb.
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...