Vüsal Novruzovun gömrükdəki işi DTX-ya göndərildi – 3.2 milyonluq ödəniş
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində məlum olub ki, dövlət büdcəsindən əsassız olaraq 3 281 270 manat ödəniş olub.
Yoxlamalar 01.01.2016 – 27.05.2018 tarixlərini əhatə edib. Aparılan yoxlamalar nəticəsində əsassız xərclənən 3 281 270 manat geri qaytarılıb. İş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib. /Fed.az/
Məlumat üçün bildirək ki, yoxlama aparılan illərdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov olub.
Bu günlərdə ölkə mətbuatında yayılan məlumatda qeyd olunurdu ki, Bakı Baş Gömrük İdarəsi Mühasibat uçotu və təchizat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytinantı Nazilə Amanulla qızı Məmmədova 01 yanvar 2016-cı ildən 27 may 2018-ci ilə kimi gəlir vergisi, məcburi dövlət sosial sığorta haqlarını və digər ödəmələri təyinatına uyğun tam ödəməyərək əsas hissəsini, yəni 2 630870 (iki milyon altı yüz otuz min səkkiz yüz yetmiş) manatı həmin zaman Baş İdarənin rəisi olan, gömrük xidməti general-mayoru Vüsal Zeynal oğlu Novruzovun plastik kartına köçürüb.
Beləliklə 17 ay ərzində hər ay təxminən 154757 (yüz əlli dörd min yeddiyüz əlli yeddi) manat təyinatından yayındırılaraq Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzovun hesabına köçürülüb. (Bizimxeber.Az)
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...