“Kontakt Home”la vətəndaş arasında şirəçəkən qalmaqalı – İş məhkəmədədir
Sumqayıt sakini Şakir Məmmədov “Kontakt Home” mağazalar şəbəkəsini məhkəməyə verib.
Bu barədə Şakir Məmmədovun özü bildirib. Onun sözlərinə görə, məhkəməyə müraciət etməsinin səbəbi “Kontakt Home”dan aldığı şirəçəkənin yararsız olmasıdır.
“Dörd dəfə “Kontakt Home”un "Təmir Servis Mərkəzi"nə müraciət etmişdim. Təmir edirdilər amma yenə işləmirdi. Bu barədə Sumqayıt filialına məlumat verirdim ki, şirəçəkən işləmir. Tələb edirdim ki, ya cihazı dəyişdirin ya da pulumuzu qaytarın. Əks halda məhkəməyə müraciət edəcəm. Bildirdilər ki, məhkəməyə müraciət sizin hüququnuzdur”.
Şakir Məmmədovun sözlərinə görə, birinci dəfə işə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Behbudova baxıb. Lakin iddia təmin olunmayıb:
“Aynur Behbudova səbəb kimi “Kontakt Home”un baş ofisinin Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 73-də yerləşdiyini əsas gətirərək Nəsimi Rayon Məhkəməsinə müraciət etməyimizi, həmçinin 10 manat rüsum ödəmədiyimizi göstərmişdi.
Əslində Sumqayıt şəhərində yaşadığımdan və iddia istehlakçının hüqüquna dair olduğundan iddiaçı rüsum ödəməkdən azaddır. Bu halları nəzərə almayan Aynur Behbudovanın qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verdim. Apellyasiya məhkəməsi savadsız və hüquqa zidd qərarı ləğv edərək, işi təkrar birinci instansiya məhkəməsinə göndərdi”.
Şikayətçi bildirib ki, bu dəfə işə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Emin Abdullayev baxıb.
“Emin Abdullayev məhkəmə baxışında bütün hallarda " Kontakt Home"un tərəfini tutaraq, ədalətsiz qərar çıxararaq iddiamı təmin etmədi. Yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verəcəm”,- deyə Şakir Məmmədov bildirib.(Yeni Sabah)
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...