Nazir deputatın oğluna yüksək vəzifə verdi

10:06 28-08-2019 | icon 4032
Nazir deputatın oğluna yüksək vəzifə verdi

Daxili İşlər Nazirliyində daha bir mühüm vəzifəyə təyinat gerçəkləşdirilib.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Elsevər Mirzəyev DİN Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Elsevər Mirzəyev Qarabağ döyüşlərində ilk nizami özünümüdafiə batalyonunu – Ağdam taborunu qurmuş əfsanəvi döyüşçü-komandir, şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyevin oğludur.

E. Mirzəyevin anası Flora Qasımova isə millət vəkilidir.


Digər xəbərlər

0.28042697906494