7 yaşlı qız Mehriban Əliyevaya müraciət etdi

13:09 29-08-2019 | icon 1823
7 yaşlı qız Mehriban Əliyevaya müraciət etdi

Şamaxı rayonu Muğanlı kənd sakini 7 yaşlı Mustafayeva Fatimə Polad qızı Heydər Əliyev fondunun Prezidenti, birinci Vitse-Prezident Mehriban Əliyevaya media vasitəsi ilə müraciət ünvanlayıb.

“Azeripress.az”a daxil olan müraciətdə 7 yaşlı qız zəlzələ nəticəsində evsiz qaldıqlarını bildirib. Fatimə leykoz xəstəliyindən əziyyət çəkdiyini, imkansızlıqdan məktəbə gedə bilmədiyini qeyd edib. 

Azyaşlı qız Mehriban Əliyevadan ailələrinə dəstək olmasını xahiş edib: “Hörmətli Mehriban xanım mən 2012-ci il tarixdə anadan olmuşam. Ancaq imkansızlığa görə məktəbə gedə bilmirəm. Leykoz xəstəsi olduğum üçün mənə əlillik dərəcəsi təyin edilib. Bir neçə il əvvəl zəlzələ nəticəsində evimiz uçduğu üçün qohumumuzun tövləsində yaşayırıq. Ailədə 4 nəfərik. Atam və anam heç bir yerdə işləmir. Zəlzələ nəticəsində Şamaxı rayonunun Muğanlı kəndində çoxlu sayda evlər uçdu. Buna görə qonşu Meysəri kəndində evi uşmuş ailələrə dövlət tərəfindən yeni mənzillər inşa edilib istifadəyə verildi. Ancaq bizim ailəyə heç bir əsas olmadan yeni mənzil verilmədi. Atam savadsız olduğu üçün heç bir yerə müraciət etmədi”. 

Balaca Fatimə artıq 5 ildir ki, bu şəraitdə yaşadıqlarını yazıb. O, bildirib ki, leykoz xəstəsi olduğu üçün bu şəraitdə yaşamaq ona çox ağırdır. “Arzum odur ki, az qalmış ömrümün bir neçə ilini yeni evimiz olsun, orada yaşayım. Valideyinlərim əziyyət çəkməsinlər. Yazıb oxumağı mənə anam öyrədir. İmkansılıqdan bu il də məktəbə gedə bilməyəcəm. Ancaq oxumaq istəyirəm”.

Sonda o, dəfələrlə Mehriban xanımın uşaq evlərinə baş çəkdiyini, yardıma möhtaç olan insanlara kömək etdiyini bildirərək onların da problemlərinin həll olunacağına ümidli olduğunu yazıb: “Mən qohumlarımın evində televizora baxanda Mehriban xanımın uşaq evlərində olan uşaqlara baş çəkməsini görmüşəm. İnanıram ki, Mehriban xanım çöldə yaşayan bizim ailəni də yoxlayıb kömək edəcək. Ən böyük arzum evimiz olsun atam, anam və bacım xoşbəxt yaşasınlar. Hörmətli Mehriban xanım sizə yalvarıram, mənim bu müraciətimdə göstərdiyim yaşadığımız yerə baxıb yeni mənzillə təmin olunmağımıza köməklik göstərəsiniz”.

Ailə ilə əlaqə telefonu : (055) 834-59-81


Digər xəbərlər

0.46064805984497