“Bir milyonum olsaydı, “Qarabağ”ın futbolçularını alardım”
İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devi Hili Avropa Liqasının pley-off mərhələsində sabah Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçından öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qonaq komandanın baş məşqçisi əvvəlcə oyun barədə fikirlərini açıqlayıb:
"Bizi çətin oyun gözləyir. Fikrimcə, ilk görüşdə hesab 3:1 olsaydı belə, rəqib favorit olacaqdı. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik".
- Bakı barədə təəssüratlarınız necədi?
- Bakı çox gözəl şəhərdi. Bu gün qaldığımız otelin yanında gəzmək imkanımız oldu. Bakı haqda ancaq müsbət təəssüratlar var.
- Bura gələn komandalar bir qayda olaraq müdafiə futbolu sərgiləyir. Siz də bu ənənəni davam etdirəcəksiniz?
- Rəqib çox güclü komandadı. Evdə müsbət statistikaları var, az uduzublar. Güclü rəqibə qarşı müdafiə olunmalı olacağıq. İnanıram ki, nəticədən və oyundan razı qalacam.
- 1 milyon funt-sterlinqiniz olsaydı, neçə faizini “Linfild”in mərhələ adlamasına yatırardınız?
- UEFA qaydalarına əsasən, biz mərcə pul yatıra bilmərik. Sözsüz ki, “Qarabağ” favoritdi. Bu qədər pulum olsaydı, “Qarabağ”ın oyunçularından almaq istəyərdim. Məsələn, Riçard Almeyda, Xayme Romero və Rahil Məmmədovu istəyərdim.
- Mərhələ keçə bilməsəniz, təyyarədə gözünüzə yuxu gedəcək?
- Adətən səfərdən evə qayıdanda baş məşqçilər çox şeyi düşünürlər. Səyahətimiz uzun olacaq. Mərhələ keçə bilsək, bu səyahət daha yaxşı yadda qalacaq.
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...