Girdənidə sakinlərlə görüş - Fotolar

13:13 29-08-2019 | icon 2778
Girdənidə sakinlərlə görüş - Fotolar

Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Girdəni kəndində keçirib. 

Icra aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirak etdiyi qəbul-görüşdə sakinlərlə səmimi söhbət aparılaraq müraciətləri dinlənilib, qaldırdıqları məsələlər araşdırılıb və onların həlli istiqamətində müvafiq tədbirlər müəyyən edilib. 

Görüşdə sakinlər əvvəllki səyyar qəbul zamanı qaldırdıqları problem məsələlərin həll olunmasına görə, xüsusilə kənd məktəbinin qarşısında işıqforun quraşdırılmasından, piyada körpüsünün təmir olunmasından, elekrtik təsərrüfatının yenilənməsindən, təbii qazın fasiləsiz olaraq verilməsindən, telefon və internet xidmətinin yaxşılaşdırılmasından razılıq ifadə ediblər. 

 

 

Eyni zamanda kənddə leysan yağışlar zamanı subasmalara səbəb olan maneələri aradan qaldırmaq məqsədilə kəndin mərkəzindən keçən çayın 500 metr məsafədə qazılması və 2500 metr uzunluqda kollektorun lil və alaqdan təmizlənməsi vətəndaş müraciətlərinə həssas münasibətin sübutu kimi vurğulanıb.

Qeyd edilib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı hesabına ərazidə çəltik əkini 211 hektara, çay plantasiyaları 120 hektara çatdırılıb, bu sahələrdə 255 nəfər daimi, 31 nəfər mövsümü işlə təmin olunub, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə iş üçün müraciət etmiş 20 nəfər kənd sakini haqqı ödənilən ictimai işlərə cəlb edilib. 

Cari ildə ilk dəfə olaraq 156 kq barama istehsal olunub. İcra başçısı qəbul-görüşü yekunlaşdıraraq müraciətlərdə səslənmiş arzu və təkliflərlə bağlı tədbirlərin görülməsini bir daha aidiyyəti məsul şəxslərin diqqətinə çatdırıb.

 

 

 

Digər xəbərlər

0.21543979644775