“Onu satmaq fikrimiz yoxdur” - Tahir Gözəl
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın prezidenti Tahir Gözəl "Linfild"lə keçirilən oyundan sonra jurnalistlərə açıqlama verib.
O, layiqli şəkildə qələbə qazandıqlarını bildirib:
“Bilirsiz ki, Şimali İrlandiyaya getmişdim. Orada “Qarabağ”ın nəhəng klub olması haqqında danışırdılar. Bu məni sevindirirdi. Məğlubiyyətə üzülmüşdüm. Amma komandama inanırdım. Bu gün layiqli şəkildə qələbə qazandıq. Çox yaxşı oynadıq. Millət olaraq bu qələbəyə sevindik. APOEL-ə məğlubiyyətdən çox “Linfild”ə səfərdəki məğlubiyyət məni daha çox üzmüşdü. Məğlubiyyətlər bizi daha da gücləndirdi”.
Klub prezidenti sabah püşkatma üçün “Monako”ya yollanacağını bildirib: “Orada nəhəng klubların rəhbərləri ilə görüşəcəm. Onları Azərbaycanda görmək istəyərəm”.
Gözəl transferlərdən də danışıb: “Avropa Liqasının qrup mərhələsindən gələn qazanc bizə çox kömək edir. Lakin indi transfer haqqında bir söz deməyəcəm. Bu ilə edilən transferlər yaxşı oldu”.
O, Abdullah Zubirin Fransanın “Qenqam” klubuna mümkün transferindən də söz açıb: “Onu heç bir kluba satmaq fikrimiz yoxdur”.
Tahir bəy qrup mərhələsində rekord qırmaq fikrində olduqlarını bildirib: “Qrup mərhələsini adlamaq, rekord qırmağa çalışacağıq. Lakin futbolçu gücümüz lazımdır. Yerli futbolçiların az olması məni narahat edir. Bu cür gedişat yaxşı deyil. Yerli futbolumuzu, futbolçularımızı inkişaf etdirmək lazımdır”.
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...