Rəcəb Babaşov səyyar görüş keçirdi - Fotolar

18:51 30-08-2019 | icon 2247
Rəcəb Babaşov səyyar görüş keçirdi - Fotolar

Qazaxda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti səyyar görüş keçirilib. 

Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 2016-cı ildən başlayaraq bu günə kimi rayonun sosial, iqtisadi sahədə olan inkişafının artan templə yüksəldiyini bildirib. 2016-cı ildə rayonun 14 min hektar əkin sahəsi olduğu halda bu gün həmin sahənin genişləndirilərək 24 min hektara çatdırıldığını qeyd edib. Rayonda kənd təsərrüfatı üzrə daha çox işçi qüvvəsinə böyük ehtiyac olan sahələrin inkişaf etdirildiyini vurğulayıb. Buna misal olaraq baramaçılığı, tütünçülüyü, kartofçuluğu və s. sahələri nümunə göstərib.

Hazırda rayonda görülən işlərdən söhbət açan rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Mərkəzi xəstəxana binasının tikintisindən danışaraq “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını yüksək qiymətləndirib.

 

İcra başçısı bildirib ki, 2016-cı ildən başlayaraq şəhərdə geniş miqyas alan işlərdən biri də rayon üzrə mövcud olan çoxmənzilli yaşayış binalarında görülən işlər oldu. Vətəndaşların müraciətlərinə əsasən bu gün balansda olan 163 binadan 120-dən çoxu əsaslı təmir olunub.

İcra başçısı rayonda yeni inşa olunan və ya təmir edilən bağçalardan da söz açıb. 5 illik proqrama Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Məktəb tikintisi ilə yanaşı rayonda mövcud olan məktəblərin cari təmir olunmasından söz açan rayon rəhbəri Səlim Əfəndiyev adına şəhər 1 nömrəli və İsmət Qayıbov adına şəhər 3 nömrəli məktəblərdə görülən işlərdən də danışıb.

Görüşdə həmçinin istər 2018-ci ilin axırı, istərsə də 2019-cu ilin ilk altı ayında əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən də söz açılıb. Rayon rəhbəri istər şəhərdə, istərsə də kəndlərdə yerləşən və açılışı nəzərdə tutulan obyektlərdən də danışıb. 

Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edilib. 

Sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların yaşadıqları ərazidə qazılmış subartezian quyusunun işləməməsi, elektrik cərəyan şiddətinin aşağı olması ilə bağlı və digər müxtəlif səpkili müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Qeyd olunan məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıq verib.

 





Digər xəbərlər

0.27726697921753