Elmar Qasımov medalsız qaldı
Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir. Bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulacaq.
Belə ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımovla Zelim Kotsoyev tatamiyə çıxacaqlar.
100 kq
Elmar Qasımov ardıcıl olaraq Daniel Mukete (Belarus) və Arman Adamyan (Rusiya) üzərində qələbə qazanaraq, 1/8 finala adlayıb. Onun bu mərhələdəki rəqibi Rafael Buzakarini (Braziliya) olacaq.
Onun bu mərhələdəki rəqibi Rafael Buzakarini olub. Braziliyalıya da aman verməyən idmançımız 1/4 finalda hollandiyalı Mixael Korrellə qarşılaşacaq.
Elmar Qasımov 1/4 finalda hollandiyalı Mixael Korreli üstələyib. Qasımovun final yolundakı son rəqibi Xorxe Fonseka (Portuqaliya) olacaq.
***
Qasımov final uğrunda mübarizədə portuqaliyalı Jorje Fonseka ilə üz-üzə gəlib. İdmançımız bu rəqibi ilə bacarmayıb. Lakin Qasımov bürünc medal şansını davam etdirir. O, Kotsoyevi mübarizədən kənarlaşdıran Aaron Volfla üz-üzə gələcək
***
Elmar Qasımov təsəlliverici görüşdə Aaron Volfla üz-üzə gəlib. Yaponiya təmsilçisi Qasımov üzərində qələbəyə sevinib.
Zelim Kotsoyev isə braziliyalı Leonardo Qonçalveşi məğlub etsə də, 1/16 finalda Yaponiya təmsilçisi Aaron Volfa (Yaponiya) yenilib.
Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...