“Nar” bölgələri yüksəkkeyfiyyətli internetlə təmin etməyə davam edir
Hər bir abunəçisini keyfiyyətli şəbəkə və mobil internetlə təmin etməyi hədəfləyən “Nar”, Azərbaycanın bölgələrində də mobil şəbəkəsini genişləndirməkdədir. Artıq ən ucqar kəndlərdə belə "Nar"-ın mobil rabitə xidmətlərindən istifadə etmək mümkündür.
Mobil operator son bu il ərzində regionlarda 460 4G LTE texnologiyalı baza stansiyası quraşdırıb. “Nar”-ın 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63% artıb. 4G internetindən istifadə edənlərin artımı Bakı üzrə 89%, regionlar üzrə isə 116% təşkil edir.
Mobil operator şəbəkəsinin keyfiyyətilə yanaşı, rabitə xidmətlərinin hər kəs üçün əlçatan olmasını hədəfləyib. “Nar” bölgələrdə yaşayan əhali üçün təklif etdiyi sərfəli “Yerlim” tarifi abunəçilər tərəfindən xüsusi qiymətləndirilir. Belə ki, son 1 il ərzində tarifə qoşulanların sayı 15% artıb. Artıq yarım milyondan çox abunəçi "Nar"-ın "Yerlim" tarifindən istifadə edir.
Qeyd edək ki, “Yerlim” tarifilə abunəçilər eyni bölgədə yaşayan doğmaları, dostları, bir sözlə, bütün yerliləri ilə dəqiqəsi 1 qəpikdən danışa bilərlər. Tarifə qoşulmaq üçün “Yerlim” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#303#YES kodunu yığmaq lazımdır.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...