“Xaliq Faiqoğlu”nun 9 marşrutunda elektron ödəniş sistemi

12:31 01-09-2019 | icon 2268
“Xaliq Faiqoğlu”nun 9 marşrutunda elektron ödəniş sistemi

1 sentyabr 2016-cı il tarixindən etibarən “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan marşrut xətlərində “Bakı Kart” - elektron ödəniş sisteminin tətbiqinə başlanılıb. 

 "K Group" və Türkiyənin "Kent Kart" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində avtobuslarda kart oxuyan cihazlar - validatorlar quraşdırılıb, sürücü və dispetçerlər müvafiq təlimlərdən keçib, şirkətin inzibati binasında xüsusi monitorinq mərkəzi qurulub.

 

Hazırda şirkətimizin istismarında olan ümumilikdə 9 marşrut xətti (18, 52, 61, 65, 79, 85, 96, 135 və 199) üzrə 200-ə yaxın avtobusda elektron ödəniş sistemi tətbiq edilir.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti elektron ödəniş sistemini tətbiq edən ilk və yeganə özəl daşıyıcı şirkətdir.

 


 

Digər xəbərlər

0.208655834198