Millimiz Tokioda 5-ci oldu

16:33 01-09-2019 | icon 3231
Millimiz Tokioda 5-ci oldu

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışları keçirilib.

Azərbaycan millisi ilk görüşünü Portuqaliya yığmasına qarşı keçirib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda cüdoçularımız 4:3 hesabı ilə qələbə qazanıblar.

 

1/4 finalda Braziliya komandasına uduzan millimiz təsəlliverici görüşdə Koreya yığmasını məğlub edərək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Rusiya cüdoçuları ilə mübarizədən məğlub ayrılan milli komandamız Tokio mundialında 5-ci yeri tutub.


Digər xəbərlər

0.26016616821289