“Xaliq Faiqoğlu”dan yenilik: Bu avtobusları artıq onlayn izləyə bilərsiniz

13:51 02-09-2019 | icon 3168
“Xaliq Faiqoğlu”dan yenilik: Bu avtobusları artıq onlayn izləyə bilərsiniz

Bu gündən etibarən internet istifadəçiləri xaliqfaiqoglu.az saytına daxil olaraq şirkət və göstərilən xidmət barəsində ətraflı məlumatlar əldə edə bilərlər.

Marcom şirkətilə əməkdaşlıq çərçivəsində tamamilə yenilənən sayt vasitəsi ilə “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətini asanlıqla müəyyənləşdirmək, eləcə də avtobusları onlayn rejimdə izləmək mümkündür. Həmçinin sərnişinlər sayta daxil olaraq irad, şikayət və ya təkliflərini onlayn şəkildə bildirə bilərlər.

 

Bundan başqa xaliqfaiqoglu.az saytında şirkətin strukturu, həyata keçirilən layihələr, vakansiyalar və sair barəsində ətraflı məlumatlar əldə etmək olar.

 


Digər xəbərlər

0.28720903396606