Azercell yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

13:55 02-09-2019 | icon 2539
Azercell yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

“Azercell Telekom” MMC korporativ müştəriləri üçün yeni nəsil “Biznesim İnternet Xətti” xidmətini istifadəyə verib. 

Şirkətin işləri daima etibarlı internet bağlantısını tələb edən veb-saytın idarə edilməsi və ya onlayn satışlar, İP üzərindən Səs (Voice over IP) xidmətləri, bulud tətbiqləri və ya iri həcmli fayl köçürmələri ilə əlaqədardırsa, o zaman “Biznesim İnternet Xətti” xidməti ən ideal seçimə çevriləcək.

Daimi bağlantını təmin etmək üçün standart və şərti təhlükəsizlik seçimlərinin təklif olunduğu xidmətin bir sıra üstünlükləri var: 

•    Ehtiyacınız olan sürət

5Mb/s, 10Mb/s, 15Mb/s, 20Mb/s, 30Mb/s, 50Mb/s və ya 100Mb/s paketlərindən korporativ müştərilər biznesləri üçün ən uyğun olanını seçə biləcək. Xidmətin xüsusi imkanı trafikin gözlənilməz yüksəlişləri zamanı ötürmə zolağını gücləndirəcək, idarəolunan portlar isə trafikin planlaşdırılan yüksəlişi üçün hazırlığı təmin edəcək.

•    Etibarlı bağlantı

24/7 rejimində çalışan dəstək, monitorinq xidməti və ikili bağlantı sayəsində iş prosesində vacib sayılan tətbiqlər hər zaman onlayn olacaq.

•    Rəqabətdən kənar xidmət

“Biznesim İnternet Xətti” xidməti çərçivəsində 100%-lik ötürmə zolağı təklif olunur. Belə ki, ayrılmış simmetrik sxemlər vasitəsilə ötürmə zolağının yalnız müştəriyə məxsus olması, yükləmə sürətlərinin isə sabitliyi təmin ediləcək.


Digər xəbərlər

0.30326008796692