“Qarabağ”ın sabiq futbolçusu “Neftçi”də - Foto

14:12 02-09-2019 | icon 3722
“Qarabağ”ın sabiq futbolçusu “Neftçi”də - Foto

“Qarabağ” klubunun  sabiq futbolçusu Emin Mustafayev özünə yeni klub tapıb.

Bu barədə onun özü məlumat yayıb.

29 yaşlı sabiq yarımmüdafiəçi bildirib ki, “Neftçi” ilə anlaşıb. Paytaxt təmsilçisi ilə müqavilə imzaladığı yerdə çəkilən şəklini yayan E. Mustafayev yeni klubunda məşqçi kimi çalışacağını qeyd edib.

“Məşqçi olaraq ilk peşəkar müqaviləmiz. Allah utandırmasın. Amin”, - deyə E. Mustafayev Bakı klubunun əsas, yaxud aşağı yaş qrupları üzrə komandalarında çalışacağını açıqlamayıb.

Qeyd edək ki, 2004-2007, 2007-2010 və 2012-2013-cü illərdə “Qarabağ”da olan Emin Mustafayev MOİK, “Sumqayıt”, “Rəvan” kimi klublarda da çıxış edib.(yenisabah)

 

 


Digər xəbərlər

0.26587891578674