Bakıya gəlməkdən qorxan erməni futbolçu “Arsenal”dan göndərildi - Foto

17:55 02-09-2019 | icon 3154
Bakıya gəlməkdən qorxan erməni futbolçu “Arsenal”dan göndərildi - Foto

“Arsenal”ın erməni futbolçusu Henrix Mxitariyan karyerasını “Roma”da davam etdirəcək.

Bu barədə klubun rəsmi Tvitter hesabında paylaşım edlib. Paylaşımda “Mxitariyan Romaya uçdu” - deyə yazılıb. 

Xarici KİV-də bildirilir ki, İngiltərə klubu erməni futbolçunu İtaliya təmsilçisinə 1 illik icarəyə verib. 2018-ci ilin yanvarından “topçular”ın heyətinə qatılan 30 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq. Ermənistan millisinin üzvü “ağ-qırmızılar”da 39 oyunda meydanda olub və 8 qola imza atıb.

Qeyd edək ki, Mxitaryan təhlükəsizlik məsələsini bəhanə edərək Avropa Liqasının bu il mayın 29-da Bakıda keçirilən final oyununa gəlməyib. Onun komandası həlledici görüşdə İngiltərənin digər təmsilçisi “Çelsi”yə 1:4 hesabı ilə uduzub. Bundan sonra klubun onu saxlamaq istəməməsi ilə bağlı İngiltərə mətbuatında yazılar dərc edilmişdi.

 

 


Digər xəbərlər

0.24297499656677