“Qarabağ”dan yeni transfer - Rəsmi

18:19 02-09-2019 | icon 2819
“Qarabağ”dan yeni transfer - Rəsmi

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" növbəti transferini rəsmiləşdirib.

Ağdam təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut"un qapısıçı Asmir Beqoviçi heyətinə qatıb. 

Məlumatı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqləyib. Bosniya və Herseqovina millisinin qolkiperi "atlılar"da icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.(qafqazinfo)


Digər xəbərlər

0.24224615097046