İcra hakimiyyəti heç kimin tanımadığı “Vaqif”ə 1 milyon verir
Beyləqan rayon İcra Hakimiyyətinin quruculuq və abadlıq işləri ilə bağlı elan etdiyi tenderin qalibi açıqlanıb.
Icra hakimiyyətinin elan etdiyi tenderin qalibi "Vaqif" firması olub. Artıq tərəflər arasında 1 milyon manatlıq müqavilə imzalanıb. Bunu təsdiq edən məlumat isə https://etender.gov.az/ saytında öz əksini tapıb.
Lakin bu firmanın bir milyonluq işin öhdəsindən necə gələcəyi sual olaraq qalır. Məsələ burasındadır ki, "Vaqif" firması ilə bağlı internet resuslarında bir cümlə belə məlumat yoxdur. Firmanın nə rəsmi saytı, nə də sosial şəbəkədə hesabı var. "Vaqif" firmasının ünvanı, harada fəaliyyət göstərməsi, əlaqə nömrələri belə yoxdur.
Belə olan halda sözügedən firmanın sadəcə kağız üzərində olduğuna dair şübhələr artır. Mütəxəssislər hesab edir ki, bu, tender sahəsində çox geniş yayılmış nümunədir. Belə ki, bəzi səlahiyyət sahibləri elan etdikləri tenderlərin qaliblərini seçərkən birbaşa özünə, qohumuna, ona bağlı olan şirkətlərə üstünlük verirlər. Belə olan halda elan edilən tender uğrunda mübarizədə şəffaflıq qorunmur.
Qeyd edək ki, tenderin qaydalarına görə, dövlət qurumu ən azından eyni sahədə 3 ildən çox təcrübəsi olan şirkətlərlə müqavilə bağlamalıdır. Bu halda ən azı 3 ildir fəaliyyət göstərməli olan "Vaqif" firmasın haqqında heç bir məlumatın olmaması şübhələri daha da gücləndirir.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...