Keçmiş baş redaktora vəzifə verildi

14:48 03-09-2019 | icon 2447
Keçmiş baş redaktora vəzifə verildi

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Bununla bağlı AzTU-nun rektoru Vilayət Vəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, “Ekspress" qəzetinin keçmiş baş redaktoru Qəzənfər Bayramov AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Qeyd edək ki, Q. Bayramov 1999-2019-cu illərdə “Ekspress” qəzetinin baş redaktoru olub.

Qəzənfər Bayramovdan əvvəl isə AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Nicat Abdullayev olub.


Digər xəbərlər

0.33048796653748