Hacı Mazan Almaniyaya aparıldı
İyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazan (Ramazan Əliyev) Almaniyaya aparılıb.
Bu haqda xəstənin yaxınları məlumat verib. Onların sözlərinə görə, Bakıda iki dəfə əməliyyat olunduqdan sonra müalicəsinin Almaniyada davam etdirilməsi qərarına gəlinib: “Hazırda səhhəti nisbətən normallaşıb, amma uzunmüddətli bir müalicə alacaq. Buna görə də bir müddət orada qalması nəzərdə tutulub”.
Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”ində qəzaya uğrayıb.
Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Əliyev yenidən əməliyyat edilib.
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...