“Nargilə”də avtobusla maşın toqquşdu - Yaralılar var

22:50 04-09-2019 | icon 3179
“Nargilə”də avtobusla maşın toqquşdu - Yaralılar var

Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, hadisə yerinə gedən Təcili Tibbi Yardım maşını müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb. Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb.

Həkimin verdiyi məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub.

 

Qəza nəticəsində digər xəsarət alanlar barədə məlumat veriləcək.


Digər xəbərlər

0.26029896736145