Elmar Məmmədyarov yeni səfiri qəbul etdi

22:52 04-09-2019 | icon 2614
Elmar Məmmədyarov yeni səfiri qəbul etdi

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycanna yeni təyin olunan səfiri Daynis Qarançsı qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Səfir Daynis Qarançs etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb. 


Digər xəbərlər

0.29415607452393