"Ümid edirəm ki, Uelsin vurduqları qolların sayı sabahkı görüşdən sonra da artmayacaq"
Avropa Çempionatının seçmə qrup mərhələsində sabah Uels yığmasının qonağı olacaq milli komandamızın baş məşqçisi Nikola Yurçeviç mətbuat konfransı keçirib. Xorvatiyalı mütəxəssislə yanaşı, konfransda millimizin qapıçısı Səlahət Ağayev (S.A.) də iştirak edib.
- İlk növbədə onu qeyd edim ki, bu oyuna hazırlaşmaq üçün vaxtımız az idi. Ancaq bu zaman kəsiyində də effektiv məşqlərimiz, təhlillərimiz, iclaslarımız oldu. Uels çox ciddi rəqibdi. Futbolçuları Premyer-Liqa və Çempionşipdə çıxış edir. Qaret Beyl kimi ulduza sahib bir yığmadı. Ancaq buna baxmayaraq, bizim də bu oyundan gözləntilərimiz var. Bəli, rəqib favoritdi, ancaq bizim də şansımızın olacağına inanırıq. Buna nümunə olaraq Xorvatiyaya qarşı matçı göstərərdim. Başlıca problemlərimiz zədəlilər – Eddi İsrafilov, Rahil Məmmədov, Bədavi Hüseynovun yoxluğudu.
- Qaret Beyl sizin üçün ən böyük təhlükədi?
- Beyl Madrid “Real”ının şərəfini qoruyur. Səviyyəli bir futbolçudu. Onu saxlamağa çalışacağıq. Ancaq qarşısını almaq üçün hansısa addımlar atacağıq.
- Bəlkə siz keçənilki Beylə qarşı oynamaq istəyərdiniz?
- Beylin ətrafında cərəyan edənlərdən xəbərdaram. Ancaq yeni mövsümdən etibarən əla çıxış edir.
- Qrupdakı rəqiblərimizin hamısı Avropa Çempionatının final mərhələsində oynayıb. Bunlarda ən qabağa gedəni Uels – yarımfinalda oynayıb. Onları nəylə təəccübləndirə bilərik?
- Rəqibləri saxlamaq üçün müxtəlif yollar var. Hesab edirəm ki, Xorvatiyaya qarşı sərgilədiyimiz oyun modeli uğurlu idi. Kompakt oynamalıyıq, aqressivlik göstərməliyik.
- Əsas problemlərdən biri müdafiənin mərkəzidi. Maksim Medvedevlə yanaşı, kim oynayacaq?
- O, ya Antonla, ya da Bəhlulla oynayacaq. Hansının oynayacağına sabah qərar verəcəm.
- Səlahət, sənin gözləntilərin nədi?
- Çox çətin oyun gözləyir bizi. Rəqibin təqdimata ehtiyacı yoxdu. Əlimizdən gələni edəcəyik ki, sabah Vətənə uğurlu nəticəylə dönək.
- Səlahət, yəqin ki, ən böyük yük sənin üzərinə düşəcək. Psixoloji baxımdan oyuna hazırsanmı?
- Heç bir psixoloji gərginliyimiz yoxdu. Oyuna köklənmək baxımından da tam hazırıq.
- Uelsin futbolçularını tərifləyirsiniz, amma macarlardan 6 xal geri qalırlar...
- Bəli, Uels Macarıstandan 6 xal geri qalır. Fikrimcə, macarların nəticələri qrupunu sürprizidi. Uelsi macarlardan güclü sayıram. Ancaq istənilən oyunda hər tərəfin şansı 50 faizdi. Bəxt gətirməlidii oyunda. Uelsi macarlardan fərdi ustalıq baxımından üstün sayıram.
- Uels seçmə tsikldə cəmi 2 qol vurub. Bu da millimizdən də azdı. Bu, düşərgədə əlavə nikbinlik yaradırmı?
- Sözün düzü, bunu hələ qeyd etməmişəm. Ancaq ümid edirəm ki, Uelsin vurduqları qolların sayı sabahkı görüşdən sonra da artmayacaq.(sport24)
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...