Əli Nağıyevlə Orxan Sultanov konfransda
Sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.
Iclasda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, eləcə də müşahidəçi qismində Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşı iştirak edib.
Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədbir iştirakçılarını salamlayıb və prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.
General-leytenant Əli Nağıyev çıxış edərək Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransına üzv olan və müşahidəçi qismində iştirak edən dövlətlər üçün ciddi təhlükə doğuran terrorçuluğa, dini ekstremizmə və təcavüzkar separatçılığa birmənalı və vahid mövqedən yanaşmanın zəruri olduğunu bildirib.
İclasda çıxış edən Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov beynəlxalq terrorçuluğun dövlətlərimizin milli mənafelərinə yaratdığı təhdidlərdən danışıb. General-leytenant Orxan Sultanov bu baxımdan türkdilli dövlətlərin xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra digər ölkələrin rəmsi şəxsləri mövzu ilə bağlı çıxışlar ediblər.
Tədbirin sonunda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin yaradılması haqqında, həmçinin XXII Bakı iclasının nəticələri üzrə müvafiq sənədlər imzalanıb. Konfransın növbəti iclasının gələn il Qazaxıstanın Almatı şəhərində keçirilməsi qərara alınıb.
-
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
...
-
Mehriban Əliyeva Hidayəti belə təbrik etdi
...
-
“Faciədən əvvəl biz 2 saatdan çox birlikdə idik” - Prezident
...
-
Parlamentin növbədənkənar sessiyası çağırılacaq
...
-
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
...
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...