“0 xal Azərbaycanın real gücünü göstərmir” - Vida

12:31 09-09-2019 | icon 4821
“0 xal Azərbaycanın real gücünü göstərmir” - Vida

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdıb.

Idmançının müsahibəsini təqdim edirik:

- Azərbaycan millisinə qarşı hazırlıq necə keçdi?

- Çox vaxtımız olmayıb. Dünən bura gəlmişik. Rəqibin son oyununu təhlil etmişik. Son məşqimiz olacaq. Taktiki hazırlıqla bağlı sualları yəqin ki, baş məşqçimiz cavablayacaq.

- Bir neçə il əvvəl Bakıda Azərbaycanla qolsuz heç-heçə etmişdiz. İndi bu rəqibi necə görürsünüz?

- Bəli, həmin zaman oynamışdıq. Çətin olmuşdu. Bu tsikl ilk matç da asan keçmədi. 0 xal Azərbaycanın real gücünü göstərmir. Rəqibin yaxşı futbolçuları var. Azərbaycana hörmət edirik. Maksimum güclə oynamalıyıq. Uels və Slovakiyaya qarşı çıxış etdiyimiz kimi oynasaq, yaxşı nəticə qazana bilərik.

- Sabahkı oyunda Azərbaycan millisinin qələbəsi sürpriz olacaq?

- Biz dünya reytinqində ikinciyik. Favoritik və bura qələbə üçün gəlmişik. Ancaq rəqibə hörmət edirik. Əgər Slovakiyaya qarşı oyunu göstərə bilsək, qələbə qazanacağıq.

- Slovakiyaya qarşı dünya çempionatından sonrakı ən yaxşı oyunu keçirdiz. Necə düşünürsüz?

- Bəli, mən bununla razıyam. Özüm də dünya çempoionatında oynamışdım. Ancaq sabah bizi vacib görüş gözləyir. Baş məşqçi bizi hazırlayır ki, keçmişlə yox, gələcəklə yaşayaq.

- Yəqin ki, Azərbaycan millisinin Uelslə oyununu izləmisiniz. Komandada hansı futbolçuiları xüsusi qeyd edə bilərsiniz?

- Biz bütün oyunu izləməmişik. Sadəcə, bəzi epizodlara baxmışıq. Həmin matçda Azərbaycan millisinin bəxti gətirmədi. Biz ilk növbədə özümüz haqda düşünməliyik. Qələbə üçün daha vacib məqam budu.

- Avropa Çempionatının bir neçə oyunu Bakıda keçiriləcək. Vəsiqə qazansaz, burda oynamaq istəyərsiniz?

- Buna çox uzun müddət qalıb. Bakı gözəl şəhərdi. Ancaq biz əvvəlcə sabah qələbə qazanmalıyıq. Daha sonra isə əsas mərhələyə vəsiqə qazanmalıyıq. Həmin vaxt bu barədə düşünə bilərik.

 

 

Digər xəbərlər

0.27916312217712