Boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi

12:36 09-09-2019 | icon 2990
Boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib.  Azərbaycan millisinin idmançısı Murad Allahverdiyev yarışın yarımfinalına vəsiqə əldə edib.

81 kq çəkidə mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda belaruslu Raman Kazyankovla üz-üzə gəlib. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Allahverdiyev rəqibini 4:0 (30:26, 30:26, 30:26, 30:26, 28:28) hesabı ilə üstələyib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.


Digər xəbərlər

0.28443312644958