Novruz Məmmədov necə baş nazir təyin edildi? – Detallar açıqlanır
“Azərbaycanın Baş naziri olmaq təklifi mənim üçün də gözlənilməz oldu”.
Bu sözləri Baş nazir Novruz Məmmədov “Space” telekanalına yayımlanan "Sadə həqiqətlər" verlişində açıqlamasında bildirib.
N.Məmmədov vurğulayıb ki, Azərbaycanda son prezident seçkilərindən sonra ona Baş nazir postu təklif edilib:
“Hamımız çox razılıq, mənunluq içərisində idik. Seçkilər çox gözəl keçdi. Cənab prezident çağırıb dedi ki, səni Baş nazir olmağını təklif edirəm. Elə vəziyətdə qaldım ki... Fikirləşdim, bu mümkün olan şey deyil!
Cənab prezidentə dedim ki, Baş nazir olmağı mən bacarmaram... Hə, bunu dedim cənab prezident İlham Əliyevə. Dedim ki, sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu çətin olar. Dedi ki, yox. Mənim bir neçə namizədim var. Onlardan biri sənsən. Düzü bu söz mənə biraz rahat oldu ki, məndən başqa da namizədlər var.
Ondan sonra bir dəfə də belə söhbətimiz (red: prezident İlham Əliyevlə) oldu. Onda da eyni təklifi etdi. Dedi ki, get fikirləş!? Sonra fikirləşirdim ki, bu vəzifənin öhdəsindən necə gələcəyəm?
Bunu fikirləşə-fikirləşə bir neçə gün keçdi. Zəng etdi (red: prezident İlham Əliyev) dedi ki, Novruz Məmmədov sabah gedirsən Milli Məclisə...
Daha heç bir şey fikirləşməyə (red: prezident İlham Əliyev) qoymadı.(Gülür) Başa düşürəm bu vəzifə böyük etimaddır. Amma, mənim yükümü daha da çoxaldıb”.
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...