Voleybol yığmamızın baş məşqçisi istefa verdi
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara postundan ayrılıb. Buna 57 yaşlı mütəxəssisin müqaviləsinin bitməsi səbəb olub. Azərbaycan Voleybol Federasiyasının qısamüddətli müqavilə bağladığı Kaprara yenidən İtaliyanın "İl Bisonte” klubuna qayıdıb.
May ayında millinin "sükanı arxası”na keçən mütəxəssis 3 rəsmi turnirdə komandamıza rəhbərlik edib. Avropa Liqasında 6 məğlubiyyət alan əcnəbi məşqçi Olimpiya lisenziyalı turnirdə 3 oyunda cəmi 1 qələbə sevinci yaşayıb.
Onun son sınağı isə Avropa çempionatına təsadüf edib. Kapraranın rəhbərlik etdiyi yığma qrupda 5 oyundan 4-də qələbə qazanıb, 1-də uduzaraq 1/8 finala yüksəlib. Voleybolçularımız üçün keçilməz olan bu matç apenninli mütəxəssis üçün də son görüş olub.
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...