Deputat yaşayış olan evləri sakinlərin başına uçurdu – ŞOK video
Milli Məclisin deputatı, tanınmış iş adamı Əsabil Qasımov Nəsimi rayonu Mikayıl Rəfili küçəsi 17 ünvanda yerləşən binanın sakinlərinin evini sökdürür.
Həmin ünvanda yaşayan sakinlər bildirir ki, evdə olmadıqları vaxtda deputata aid olan "Karat” MTK şirkətinin işçiləri onların mülkünü dağıdırlar. 60 yaşlı Quliyev Aydın İmran oğlu evdən çıxan kimi, evinin söküldüyünü görüb:
“Baxın, görün məni nə günə salıblar? Bu yaşımda başıma belə bir “oyun” açacaqlarını gözləmirdim. Evimi sökməklə məni öldürdülər”.
Qeyd edək ki, tikinti şirkətlərinin Bakıda sakinləri zorla köçürtmələri artıq adi hal alıb. Bu barədə onlar Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etsələr də hər hansı bir tədbir görülmür. Pilot layihə adı ilə sakinlərin məcburi mənzilləri əllərindən alınır.(unikal)
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...