Alı Alıyev məcburi köçkünlərlə görüşüb
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü Füzuli rayonundan olan məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonunda keçirilib.
O, bildirib ki, bu cür görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq mütəmadi olaraq keçirilir.
Alı Alıyev həmçinin sosial sahədə atılan uğurlu addımlarından danışıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Bu sərəncamlar Azərbaycan dövlətinin, dövlətin hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.
Görüşdə Ağcabədi rayonunda məskunlaşmış füzulili məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...