Misir Mərdanov yenidən direktor seçildi
AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan FRTEB-in akademik-katibi, akademik Nazim Məmmədov gündəlikdəki məsələləri diqqətə çatdırıb. Bildirib ki, bugünkü iclasda bölmənin Fizika, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri və Biofizika institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçiriləcək. N.Məmmədov qeyd edib ki, bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür. Sonra səsvermənin nəticələri bölməyə daxil olur.
Bölməyə təqdim olunan sənədlərin baxılması üçün texniki ekspertiza komissiyasının yaradıldığını deyən alim FRTEB-in bugünkü iclasında gizli səsvermə yolu ilə seçkilərin aparılacağını və seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunacağını bildirib.
Daha sonra akademik Yusif Məmmədov müsabiqə komissiyasının və ekspertlərin yekun rəylərini diqqətə çatdırıb.
İclasda bölmənin elmi müəssisələrinə direktor seçmək üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri akademik Cavad Abdinov olmaqla, tərkibi seçilib.
Gizli səsvermə yolu ilə akademik Nazim Məmmədov Fizika İnstitutu, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutu, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın müxbir üzvü Oktay Qasımov isə Biofizika İnstitutunun direktoru vəzifəsinə seçiliblər.
Səsvermədə 40 bölmə üzvündən 34-ü iştirak edib.
Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
-
UNEC Zaqatala filialında Azərbaycan Respublikasının müstəqilliyi günü ilə əlaqədar dəyirmi masa keçirilib
...
-
Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin direktoru Ceyhun Cahangirov təltif olunub - FOTO
...
-
Mətin Kərimliyə yüksək vəzifə verildi
...
-
Astarada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsil Festivalı keçirilib
...
-
İmtahan sualları bu bunkerdə hazırlanırmış... - Video
...
-
UNEC Zaqatala filialında ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyi ilə əlaqədar rayon məktəblilərinin bilik yarışması keçirilib
...
-
Emin Əmrullayev Londonda forumda iştirak edir
...
-
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Respublika Elmi-praktiki konfrans keçirilib
...
-
UNEC Zaqatala filialı "Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə" mövzusunda tədbir keçirib
...
-
Elm və təhsil naziri Qusar Olimpiya İdman Kompleksini ziyarət edib
...