“Sumqayıt”dan yeni transferlər
2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” komandası heyətinə 2 futbolçu cəlb edib.
Son mövsümü müvafiq olaraq “BATE Borisov” və “Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular – Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla 2 illik müqavilə imzalanıb. Xocaniyazov yeni klubunda 5, Sadıxov isə 90 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Rusiya “Zenit”inin yetirməsi olan C.Xocaniyazov 2012-2016-cı illərdə klubun əsas və əvəzedici komandalarında çıxış edib . Son klubu Belarus “BATE”si olan müdafiəçi Rusiyanın “Ural”, “Baltika”, “Soçi”, “Amkar Perm” və Danimarkanın “Arhus” komandalarının da şərəfini qoruyub.
Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində “Solyaris Moskva” və “Torpedo Moskva”nın uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...