”Vimay” klinikası - Sağlamlığınızın güvəni - VİDEO

12:37 13-09-2019 | icon 3630
”Vimay” klinikası - Sağlamlığınızın güvəni - VİDEO

Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. 

”Vimay” klinikası da belə nümunəvi tibb müəsəssidir. Burada göstərilən tibbi xidmət buna bariz nümunədir. Bura ən müasir tibbi avadanlığı ilə təchiz olunub. Görülən işlər nəticəsində burada da xəstələrin yüksək səviyyədə müalicəsi, həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Klinikanın rəhbəri, estetik, plastik, rekonstruktiv cərrah Mirəzim Zaidov burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur. Mirəzim Zaidov işlədiyi bu illər ərzində diqqətli həkim, səriştəli rəhbər kimi tanınmışdır. Yüzlərlə ailəyə sevinc bəxş etmiş və öz şəfalı əlini uzatmışdır.

 “Vimay” tibb mərkəzi digər özəl tibb mərkəzlərindən tamamilə fərqlənir. 


“Vimay” tibb mərkəzində dövlətin qayğısına uyğun, işinə məsuliyyətlə yanaşan peşəkar həkimlər çalışır. Hər bir xəstəyə peşəkar həkimlərimiz tərəfindən böyük diqqət və qayğı göstərilir.  Tibb mərkəzinin tanınmış direktoru Mirəzim Zaidov öz peşəkarlığı, savadı, dünyagörüşü, səmimiyyəti, işinə məsuliyyəti ilə hər kəsin dərin hörmətini və inamını qazanıb, xalq arasında öz nüfuzu, hörmət sahibi olması ilə seçilir.

Bu yaxınlarda yenə də yolumu klinikaya saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, baş həkimdən, klinikanın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Baş həkimdən,bütün personaldan çox razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər. 

Bizdə öz növbəmizdə “Vimay” tibb mərkəzinin bütün kollektivinə öz dərin minnətdarlığımız bildiririk. Əminik ki, “Vimay” tibb mərkəzi öz ənənələrinə sadiq qalacaq, dünya səhiyyəsinin inkişafına yeni–yeni töhfələr verəcəkdir.

 


Digər xəbərlər

0.21582198143005