Üç güləşçimiz yarımfinalda

16:01 14-09-2019 | icon 3538
Üç güləşçimiz yarımfinalda

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatına start verilib. 

Millimizin üzvü Rafiq Hüseynov 82 kq çəki dərəcəsində 1/8 final görüşünə çıxıb. O, ukraynalı Yuri Şkryuba qalib gəlib – 7:0. 

55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli isə 1/8 finalda Hindistan güləşçisi Manjet Manjet 8:0 hesabı ilə məğlub edib. 

Yunan-Roma güləşçimiz Sənan Süleymanov 1/8 finalda gürcüstanlı Yuri Lomadzeyə qalib gəlib – 9:5.

***

63 kq çəkidə güləşən Elman Muxtarov isə 1/8 final mərhələsində ermənistanlı Slavik Qalstyana 7:14 hesabı ilə uduzub.

***

Sənan Süleymanov ¼ finalda macarıstanlı Balint Koprasiyə 6:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

***

Rafiq Hüseynov isə ¼ final mərhələsində qazaxıstanlı Maxat Yerejepova 7:1 qalib gələrək yarımfinala çıxıb.

***

Eldəniz Əzizli  1/4 finalda monqolustanlı Davabandi Munx Erdendeyə 9:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.


Digər xəbərlər

0.3306257724762