Qaradağda qışa hazırlıq gedir - Fotolar

16:02 14-09-2019 | icon 3419
Qaradağda qışa hazırlıq gedir - Fotolar

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilmiş 3 sentyabr tarixli müşavirə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, paytaxtda qış mövsümünə hazırlıqla bağlı tədbirlərin həyata keçirilməsi məsələsi rayon Mənzil Kommunal Təsərrüfatı qarşısında prioritet məsələ kimi qoyulub. 

“Azeripress.az” xəbər verir ki, ümumilikdə 2019-cu il ərzində Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan çoxmərtəbəli binaların 23000 m2 dam örtüyü şüşəruberoidlə təmir edilib, hazırda bu işlər rayon üzrə davam etdirilməkdədir.

Belə ki, ötən dövr ərzində aparılmış quruculuq abadlıq işləri çərçivəsində Müşviqabad qəsəbəsində çoxmərtəbəli binalarda lift təsərrüfatının yenilənməsi ilə əlaqədar 62 ədəd liftin şaxtasının dam örtüyü şüşəruberoidlə tam təmir edilib. Müşviqabad qəsəbəsi üzrə 4500 kv.m, Lökbatan qəsəbəsi üzrə 7250 kv.m, Sahil qəsəbəsi üzrə 4500 kv.m, Sanqaçal qəsəbəsi üzrə 1500 kv.m, Ələt qəsəbəsi üzrə 4000 kv.m, Qızıldaş qəsəbəsi üzrə 1250 kv.m dam örtüyü şüşəruberoidlə təmir olunub. Bu işlərin davamı olaraq yaxın müddət ərzində daha 25000 dam örtüyü şüşəruberoidlə təmir ediləcək.

Quruculuq abadlıq işləri çərçivəsində çoxmərtəbəli yaşayış binalarının fasadları, giriş qəfəsləri təmir edilib və bu işlər davam etdirilməkdədir. Belə ki, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 3 və Bünyadzadə küçəsi, 9 və 10 saylı binalarda 10 ədəd blok giriş qapısı yeni dəmir qapı ilə əvəz edilib, 50 ədəd blok pəncərəsi yeni plastik pəncərəsi yenilənib, 14 balkon yenidən hörülüb, 60 ədədi isə təmir edilib. Hazırda bu binaların fasadlarının rənglənməsi və həyətdə yerinə yetirilən abadlıq işləri tamamlanmaq üzrədir.

Ümumilikdə cari il ərzində 72 ədəd giriş qapısı yenisi ilə əvəz edilib, 38 ədədi təmir edilib, 164 ədəd blok pəncərəsi təmir edilib, 220 kv.m pəncərə şüşələnib.

Payız qış mövsümünə hazırlıqla əlaqədar rayonda görülmüş işlər nəticəsində 360 p.m suötürücü borular yenisi ilə əvəz edilib, 1480 p.m boru isə təmizlənib.

Qaradağ rayonunda aparılan abadlıq-quruculuq və mövsüm hazırlıq işləri davam etdirilir.

 




Digər xəbərlər

0.28866291046143