Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - Fotolar
Sentyabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda baş tutan 7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilib.
Final görüşünə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Milli Olimpiya Komitəsinin Baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi və digər qonaqlar baxıblar.
Turnirin həlledici görüşündə “Elite Horse & Polo Club Baku” (Azərbaycan) və “Los Nocheros Polo Club Münster” qarşılaşıblar. Bu dəfə də yüksək ustalıq nümayiş etdirən komandamız final görüşündən qalib ayrılıb - 15:4. Komandamızın heyətində Elçin Camallı (9), Tərlan Qurbanəliyev (4), Rəşad Həsənov və Namiq Orucov fərqləniblər.
Almaniyanın “Los Nocheros Polo Club Münster” ikinci, İsveçrənin “Evviva Polo Club St. Moritz” üçüncü, Rusiyanın “Planernaya Polo Club Moscow” komandası isə dördüncü yeri tutub.
Daha sonra dünya kubokunun qalibi olan komandamız mükafatlandırılıb. Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev qalib olan komandamıza turnirin kubokunu və qiymətli hədiyyələr təqdim edib. Turnirin ən yaxşı oyunçusu komandamızın poloçusu Elçin Camallı seçilib.
Turnirin bütün oyunları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilib.
Qeyd edək ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...