“Komandam hər dəfə qol buraxandan sonra ayılır” - Bordin
Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Qarabağ”a səfərdə 0:2 hesabı ilə məğlub olan “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib. Italiyalı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- İstədiyimiz oyun alınmadı. Çünki istədiyimiz oyunçular oynaya bilmədilər. Müdafiədə yaxşı oynadığımız bir vaxtda azlıqda yaxalanıb qol buraxdıq. Bundan sonra bir neçə qol epizodu yaratdıq. Lakin qol vura bilmədik və qapımızda 2-ci topu gördük. Fərq artdıqdan sonra irəli atıldıq və bu, “Qarabağ”ın kəsərli əks-hücumlar yaratmasına imkan verdi. Hətta 2:0-dan sonra da təhlükəli epizodlar yaratdıq. “Qarabağ” kimi komandayla tempi aşağı salmaq olmaz. Komandam hər dəfə qol buraxdıqdan sonra ayılır. Bunun səbəbini bilmirəm.
- Beqoviç 5 epizodda künc zərbələrindən sonra çətinlik çəkmədən topa sahib oldu. Alternativ variantlarınız yox idi?
- Biz də istəməzdik ki, rəqib qapıçıya topu verək. Həmin vaxt topu qaldıran futbolçu komanda yoldaşının zərbə endirəcəyini düşünür. Üstəlik, Petrov da, Gerye də künc zərbəsindən sonra təhlükəli zərbələr endirdilər.
- Bunu bütün komandalar qeyd edir ki, “Qarabağ”la oynamaq çətindi. Bəs “Neftçi”nin həmin komandalardan fərqi nədi? Axı siz çempionluğa oynayırsınız?
- Bunu deməyimiz normaldı. Bilirik ki, “Qarabağ” hansı səviyyədədi. Mən düzünü deyirəm.
- “Neftçi”nin karyeranızda uğursuz səhifə olduğunu düşünürsünüzmü və bununla bağlı radikal qərar vermək istəmirsiniz?
- Peşəkaram, hər zaman işimə belə yanaşmışam. Komanda udar da, uduzar da.
- Məğlubiyyətin səbəbi nə idi?Bizim bilmədiklərimizi bəlkə qeyd edəsiniz?
- Keçənilki kimi, bu mövsüm də eyni hədəfimiz var – çempionluq. Onda uğurlu start götürmüşdük, bu dəfə bir qədər zəif. Ancaq bu, hədəflərimizin dəyişməsi anlamına gəlmir. Bir ay əvvəl Tula “Arsenal”ıyla oyunlarda əla vəziyyətdəydik. İndi də həmin səviyyəyə gətirmək istəyirəm uşaqları. Bu gün o qədər də istəkli deyildilər.
- İki hücumçuya bir qədər tez keçdiyinizi düşünmürsünüz? Çünki bundan sonra meydanın mərkəzini rəqibə təhvil verdiniz.
- Biz 2 hücumçuya keçmədik. Raufla Dabo yerdəyişmə edir, biri Miçeli bağlayırdı. Bu, müdafiə fazasında idi, hücum zamanı isə ikisini də irəli atmağa məcbur idim.
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...