“Xaliq Faiqoğlu”da dərs ilinin başlaması ilə bağlı görüş keçirilib
Sentyabrın 14-də “Xaliq Faiqoğlu” sərnişindaşıma şirkətində 2019-2020-ci tədris ilinin başlaması və payız-qış mövsümünə hazırlıqla bağlı sürücülərin də iştirakı ilə görüş keçirilib. Şirkətin müasir istehsalat bazasında təşkil edilmiş görüşdə dərs ilinin başlaması, sərnişin axınının artması barədə Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə müraciəti diqqətə çatdırılıb.
“Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov müvafiq şöbələrə, eləcə də sərnişinlərlə daim ünsiyyətdə olan sürücülərə xidmət keyfiyyətinin daha da artırılması, təhlükəsiz sərnişindaşıma fəaliyyətinin təşkili ilə bağlı tapşırıqlar verib. Həmçinin yeni mövsümlə əlaqədar marşrut xətlərinə əlavə avtobusların buraxılacağı, intervalın azaldılacağı barədə məlumat verilib. Qeyd edilib ki, Bakı şəhərində nümunəvi sərnişindaşıma xidməti ilə daim seçilən “Xaliq Faiqoğlu” şirkəti sərnişinlərin rahatlığı və vaxtında ünvana çatdırılması üçün bundan sonrakı dövrlərdə də bütün qüvvəsi ilə çalışacaqdır.
Daha sonra şirkət rəhbərliyinin payız-qış mövsümünə hazırlıq və sürücülərin peşəkarlığının artırılması üçün proqramı nəzərdə tutan əmri oxunub.
Görüşün yekununda sürücülərə yeni geyim formaları təqdim edilib.
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...