“Qarabağ” – “Sevilya” matçı üçün ukraynalılar

13:52 16-09-2019 | icon 3655
“Qarabağ” – “Sevilya” matçı üçün ukraynalılar

Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyununun hakimləri müəyyənləşib. UEFA qarşılaşmaya ukraynalı hakimlər briqadasını göndərir.

Oyunu Yevgeni Aranovski idarə edəcək. Ona Semyon Şlonçak və İqor Alyoxin kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Yaroslav Kozik yerinə yetirəcək.

 

Hakimlərin işinə bosniya və herseqovinalı hakim-inspektor Elmir Pilav qiymət verəcək. Matçın UEFA nümayəndəsi Boris Stankov (Bolqarıstan) olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Digər xəbərlər

0.31546783447266