UEFA “Qarabağ”a 5 milyon köçürdü

17:40 16-09-2019 | icon 2965
UEFA “Qarabağ”a 5 milyon köçürdü

“Qarabağ”ın 2019-2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar qitə futbol qurumu tərəfindən ayrılmış 2 milyon 750 min avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Bu barədə AFFA-nın saytı məlumat yayıb. Bu məbləğ AL-in qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

 
 

Bundan əlavə, “Qarabağ”ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

 

 

Digər xəbərlər

0.30986404418945