““Qarabağ”dan başqa heç nə düşünmürük” - “Sevilya”nın prezidenti
Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın qonağı olacaq “Sevilya”nın prezidenti Xose Kastro AS nəşrinə açıqlama verib.
Klub prezidenti Avropa Liqasındakı hədəfləri barədə danışıb:
“Avropa Liqasında yeni macəraya başlayırıq. Bacardıqca irəli getmək istəyirik. Önəmli turnirə hörmətlə yanaşırıq. “Portu”, “Arsenal”, “Roma” kimi klublar var. La Liqada mövsümə möhtəşəm start verdik. Lakin dörd tur arxada qalıb. Çempionat isə maya qədər davam edir”.
Prezident komandanın baş məşqçisi Xulen Lopeteqinin klubda uğurlu olacağına inandığını deyib:
“Lopeteqi ilə çox danışırıq. Şəhərdə və yaratdığımız şəraitdən çox məmnundur. “Real”da və milli komandada fəaliyyəti fərqli ola bilər. Uğurlu olmaq arzusu var. Ümid edirəm ki, titul dolu mövsüm yaşayarıq”.
Kastro La Liqanın V turunda Madrid “Real"ına qarşı keçirəcəkləri oyunu deyil, yalnız “Qarabağ”ı düşündüklərini sözlərinə əlavə edib:
““Real”? "Qarabağ"dan başqa heç nəyi düşünmürük. Madrid klubu ilə oyun həftəsonu olsa da, hələ uzaqdadır. Liqasında lider olan klublar üzləşəcək. “Qarabağ” iki mövsüm əvvəl "Atletiko"nu Çempionlar Liqasından uzaqlaşdırmışdı. Rəqibə daha da önəm verməliyik”.
Rəhbər şəxs baş məşqçinin heyətdə rotasiyalar edə biləcəyini düşünür:
“Məntiqlə düşünsək, mümkündür. Yol çox uzaqdır və üç gündən bir oynayırıq. Əlbəttə, baş məşqçi böyük güc sərf edən oyunçulara istirahət verə bilər. Ancaq hər şey baş məşqçinin qərarından asılıdır”.
Sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” görüşü saat 20:55-də başlayacaq.
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...